Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Neft Fondunun nə dərəcədə şəffaf olduğu barədə – Açıqlama

Neft Fondunun nə dərəcədə şəffaf olduğu barədə – Açıqlama

Suveren fondlar 2007-ci ildən bəri şəffaflığın və hesabatlılığın təmin olunması baxımından irəliləyiş əldə ediblər. Bununla belə bəzi fondlar hələ də öz ölkələrinin vətəndaşlarının və beynəlxalq ictimaiyyətin gözlədiyi şəffaflıq səviyyəsinə çata bilməyiblər.

“Reuters” xəbər verir ki, bu barədə Vaşinqtondakı Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun açıqladığı hesabatda deyilir. Hesabatda dünyanın 60 suveren fondunun, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun, habelə 9 hökumət pensiya fondunun şəffaflıq dərəcəsi qiymətləndirilib. Qiymətləndirmələr idarəetmə, struktur, şəffaflıq, hesabatlılıq və davranış kriteriyaları üzrə aparılıb.

Hesabata əsasən suveren fondlar üzrə şəffaflıq dərəcəsi orta hesabla 62 faiz təşkil edib. Dövlət pensiya fondlarında isə orta göstərici 87 faizdir. Peterson İnstitutu bildirir ki, Norveçin 888 milyard dollarlıq aktivlərə malik olan nəhəng Neft Fondu bu göstərici üzrə dünyada birincidir, onun şəffaflıq dərəcəsi 98 faiz qiymətləndirilir. Yeni Zelandiyanın super fondu isə 94 faizlə ikincidir. Azərbaycan Dövlət Neft Fondu isə 92 faizlik göstərici ilə dünyanın ən şəffaf dördüncü suveren fondu olub. Habelə iki Çili fondu ilk onluqdadır.

“Tez-tez eşitməli oluruq ki, yeni formalaşmaqda olan bazarların və inkişaf etməkdə olan ölkələrin fondları kifayət qədər şəffaf, deməli məsuliyyətli deyil. Lakin araşdırmaların nəticələri bu ümumiləşdirici qiymətləndirməni təkzib edir”-İnstitut bildirir. (Virtualaz.org)

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …

Bir cavab yazın