Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Neft Fondundakı valyuta ehtiyatlarını təhlükədən necə sığortalayaq? – EKSPERT

Neft Fondundakı valyuta ehtiyatlarını təhlükədən necə sığortalayaq? – EKSPERT

Avro hazırda dünyanın ən güclü valyutası olan dollar qarşısında dəyər itirməkdə davam edir. Belə ki, Avropa valyutası ABŞ puluna nisbətən son dövrlərin ən aşağı səviyyəsinə düşüb Bu ayın əvvəllərində 1,114 dollara satılan avro 1,062-dək ucuzlaşıb. Bu isə 4 faizdən çox ucuzlaşma deməkdir.

FES uçot dərəcələrini artırarsa dollar əksər valyutalara qarşı ciddi dəyər qazanmaqda davam edəcək. Artıq bir çox investorlar valyuta səbətlərindəki avro payını da dollara dəyişməyə başlayıb. Bu da dünya valyuta bazarında dollara tələbin artmasına və avronun dəyər itirməsinə səbəb olur. Neft Fondunda saxlanılan valyuta ehtiyatlarının təxminən 30 faizinin avro ilə saxlanıldığını nəzərə alsaq bu valyutanın dəyərdən düşməsi Azərbaycanın ehtiyatlarına ciddi ziyan vurur.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli də mətbuata açıqlamasında Neft Fondunun fəaliyyətini tənqid edib. O bildirib ki, dünyada qızıl, daşınmaz əmlak, səhm bazarlarında müəyyən vaxtlarda baş verən proseslər prizmasından baxanda Neft Fondunun fəaliyyətində hansısa qüsur tapmaq olar.

İqtisadçı ekspert Qubad İbadoğlu isə bir çox ekspertlərdən fərqli olaraq Neft Fondunun avroda itirdiklərini dollarda qazandığını iddia edir.

“Yeni Müsavat”a danışan iqtisadçı ekspert Qubad İbadoğlu Neft Fondunun vəsaitlərinə ciddi bir təhlükədə olmadığını bildirdi: “Neft Fondunun valyuta səbəti diversifikasiya olunub, orada avro da, dollar da var, funt-sterlinq də var. Başqa 10-a yaxın ölkənin valyuta vahidlərini Neft Fondu valyuta səbətində saxlayır. Ən böyük paya malik olan dollardır. Neft Fondunu dollarla olan valyutası 50 faizə yaxındır. 35 faiz avro ilədir, 5 faiz funt sterlinqlədir, yerdə qalanları da 10-a yaxın ölkənin valyutasındadır. Avro ucuzlaşanda dollar bahalaşır, çünki avro dollara nisbətdə ucuzlaşır. Neft Fondu bir tərəfdən avroda itirirsə, digər tərəfdən dollardan qazanır. O baxımdan sonradan ola bilər ki, avro bahalaşsın, o zaman da dollarda itirib avroda qazanacaq. Bu yaxınlarda Brexit-ə görə funt sterlinq ucuzlaşdı və Neft Fondunun funt sterlinqlə saxlanan vəsaitlərində məzənnə fərqi ilə itkilər yaşandı. Ancaq bu valyuta ehtiyatlarında elə də böyük paya malik deyildi”.

İqtisadçı onu da vurğuladı ki, avronun ucuzlaşması Neft Fondunun Avropada aldığı mülklərin də dəyər itirməsinə gətirib çıxarır: “Neft Fondunun vəsaitlərindən danışarkən söhbət təkcə valyuta şəklində saxlanılan vəsaitlərdən getmir, avro ilə alınan daşımaz əmlakdan da gedir. DNF-in Parisdə, İtaliyanın müxtəlif şəhərlərində, Britaniyada alınan əmlakı var, avro ilə alınıb. Avronun dəyərdən düşməsi həm də həmin əmlaklın dəyərsizləşməsinə gətirib çıxara bilər, onların yenidən qiymətləndirilməsində fərq yaradır. O baxımdan da qiymətləndirmə aparmağa dəyər. Ancaq bu elə bir prosesdir ki, birində itirdikdə digərində qazanırsan. Əsas odur ki, diversifikasiya prosesi düzgün aparılsın. İndiki məqamda mən hesab edirəm ki, itkilər yalnız avroda deyil həm də türk lirəsindədir. Bildiyiniz kimi , türk lirəsi də ucuzlaşır. DNF-nin valyuta ehtiyatlarında türk lirəsi böyük paya malik olmasa da bu valyutanın ucuzlaşmasında itkilər yaranır”.

Qubad İbadoğlu ilin sonunda Neft Fondunun vəsaitlərində valyuta məzənnələrindən dəyişməsindən yaranan gəlirlərin itkilərdən daha çox olacağını vurğuladı: “Bu dinamik bir prosesdir və davam edəcək. Sadəcə ilin yekununda itkilər və gəlirlər hesablanacaq. Mənə elə gəlir ki. yekun nəticə pozitiv olacaq. Çünki valyuta səbətindəki vəsaitlərin 50 faizdən çoxu dollarla saxlanılır. Valyuta səbətində avronun payını azaldıb dollara üstünlük vermək də olar. Ancaq heç kim təminat vermir ki, sabah avro dollara nisbətdə bahalaşmayacaq.

Qızılın bahalaşması da qızılla saxlanılan vəsaitlərin dəyər qazanmasına gətirib çıxarır. Qarşıdakı uzunmüddətli dövrdə də qızılın bahalaşması gözlənilir”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın