Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Neft Fondu daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb

Neft Fondu daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb

Azərbaycan Respublikası Dövlət Neft fondu (SOFAZ) daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb.

Fonddan qeyd ediblər ki, daşınmaz əmlaka qoyula biləcək sərmayələrin payı 5-dən 10 faizədək artırılıb.

Fonddan bildirildiyinə görə, SOFAZ-ın bu sahədə məqsədi aşağı riskli və ya orta dərəcəli riskli daşınmaz əmlaka sərmayə qoymaqla portfelin şaxələndirilməsinə nail olmaqdır: “Bu sərmayələrin başlamasınadək SOFAZ-ın son məqsədi bir sıra istiqamətləri əks etdirən geniş şaxəli portfelin yaradılması olub. SOFAZ, həmçinin daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Neft fondu üçün bu investisiyalar gəlirliliyin artması üçün vacib vəsait olacaq”.

Qeyd edək ki, SOFAZ ilk dəfə olaraq 2012-ci ildə London və Moskvada elit daşınmaz əmlaklar alıb, eləcə də Fond tərəfindən Paris, Yaponiya, Milanda daşınmaz əmlaklara investisiyalar həyata keçirilib. (Trend)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın