Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Neft daşları”nda zarafata görə iş yoldaşını öldürən şəxsə ağır cəza kəsildi

“Neft daşları”nda zarafata görə iş yoldaşını öldürən şəxsə ağır cəza kəsildi

Mübahisə etdiyi iş yoldaşını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Anar Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində baş verib. Bölmənin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında mübahisə baş verib. Mübahisəyə səbəb şit zarafatın olduğu bildirilir.

Nəticədə A.Əsgərov A.Xalıqova bıçaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. (Musavat.com)

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …