Ana səhifə / Kriminal / Neft 200 dollaradək bahalaşa bilər – Prezident

Neft 200 dollaradək bahalaşa bilər – Prezident

Ekvadorun lideri Rusiya və OPEC-ə üzv ölkələr arasında neft hasilatı səviyyəsinin dondurulması ilə bağlı danışıqları şərh edib və öz proqnozunu səsləndirib.

Rusiyanın NTV telekanalı xəbər verir ki, Rafael Korrea orta vədəli perspektivdə qara qızılın barrelinin qiymətinin 200 dollaradək qalxacağını deyib: “Neft sektorunun üzləşdiyi investisiya qıtlığı, yanacağın ucuzlaşması nəticəsində ABŞ-da rentabelliyini itirən qazma quyularının fəaliyyətinin dayanması və başqa səbəblər orta vədəli perspektivdə neftin qiymətinin 200 dollara qədər bahalaşmasına gətirib çıxaracaq”.
Ekvador prezidenti OPEC-ə üzv ölkələrin hasilata dair bütün məhdudiyyətlərin müzakirəsindən qaçmasını siyasi motivlərlə izah edib. Korreanın fikrincə, karbohidratların qeyri-real qiymətləri İran, Rusiya və çox güman ki, Venesuelaya qarşı təzyiq vasitəsi kimi istifadə edilə bilər. OPEC-in əsas ixracatçısı olan Səudiyyə Ərəbistanında gəlirlərin azalması bu ölkədə maliyyə böhranına gətirib çıxardıqdan sonra vəziyyət dəyişəcək.

AzVision.az

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın