Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Kriminal / Nazirliyə ünvanlanan şikayət məktubları və YAP-ın vəsiqələri oğurlandı

Nazirliyə ünvanlanan şikayət məktubları və YAP-ın vəsiqələri oğurlandı

Lənkəranda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus şikayət məktubları oğulanıb. 
“Kriminalqafqaz” xəbər verir ki, hadisə sentyabrın 12-nə keçən gecə saatlarında baş verib. 
Belə ki, şəhərin Zərifə Əliyev küçəsində Ramin Quliyevə məxsus avtomobilin açıq qalan qapısından 80 manat pul, sənədlər, maaş kartı, şəxsiyyət vəsiqəsi, sürücülük və YAP-ın vəsiqələri, işlədiyi Lənkəran şəhər 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə məxsus sənədlər və şikayət məktubları oğurlanıb. 
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

İlahiyyatçı baş redaktor həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.Bu barədə vəkil Cavad Cavadov məlumat verib.O bildirib …