Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Nazirlik yaralıların son vəziyyətini açıqladı – “Böyrəyinin biri kəsilib…”

Nazirlik yaralıların son vəziyyətini açıqladı – “Böyrəyinin biri kəsilib…”

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda yaralıların əksəriyyətinin yerləşdirildiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında hazırda 12 nəfər saxlanılır. Onlardan 5 nəfəri reanimasiya şöbəsindədir, 3 yaralı əməliyyat olunub, 2 nəfərin vəziyyəti ağırdır.

“Semaşko” xəstəxanasında 6 nəfər yerləşdirilib, onlardan 2 nəfəri artıq evə buraxılıb. Qalan yaralıların 3-nün vəziyyəti orta ağır, birinin vəziyyəti  isə ağırdır. Həmin şəxsin böyrəyinin biri kəsilib götürülüb.

Travmotologiya İnstitutuna isə 3 nəfər gətirilib, onlardan biri artıq evə buraxılıb. Qalan iki nəfərdən biri bu gün əməliyyat olunacaq.

Qeyd edək ki, qəza nəticəsində 34 nəfər yaralanıb, 13 yaşlı məktəbli vəfat edib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …