Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi

Nazirlik Eldar Sabiroğlunu məhkəməyə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunu məhkəməyə verib

Aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Həsənovun sədrliyi ilə Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin şikayətinə baxılacaq. 

Belə ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin keçmiş rəisi Səfərov Eldar Sabir oğlu pensiyasının yenidən hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib və cavabdeh qismində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tanınıb. Fevral ayının 28-də isə məhkəmə Eldar Sabiroğlunun xeyrinə qərar çıxarıb. Bundan sonra fond apellyasiya şikayəti verib. 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …