Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Kriminal / Nazirlik “Azərsu”nu məhkəməyə verdi

Nazirlik “Azərsu”nu məhkəməyə verdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC sudan istifadəyə görə yaranmış borcla bağlı məhkməyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərsu” ASC-yə qarşı iddia qaldıran “AzInTelekom” sudan istifadəyə və kanalizasiya xidmətlərinə görə hesablanmış məbləğin qanunsuz hesab edilməsi və həmin məbləğin silinməsini tələb edib.

Ərizəyə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia qismən təmin edilib. “Azərsu” bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Hazırda bu işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyevanın icraatında baxılır. Proses fevralın 1-də davam etdiriləcək.

Həmçinin oxuyun

Cəlil Nəzərov bu əməllərinə görə həbs edilib

Baş Prokurorluq Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbsi ilə bağlı məlumat yayıb.  “ Azinforum.az ” …