Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Nazirin şirkətindən oğurluq edənlər hakim qarşısında

Nazirin şirkətindən oğurluq edənlər hakim qarşısında

“Qəbələ Atıcılıq Klubu” MMC-dən oğurluq edən 3 nəfər barədə Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Yusibov Rəşad Mürvət oğlu, Surxayev Rəşad Aydın oğlu və Quliyev Nabir Nadir oğlu barəsində oğurluq maddəsi ilə başlanılan cinayət işinin ibtidai istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin hazırlıq iclası may ayının 15-də hakim Abbas Əliyevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, “Qəbələ Atıcılıq Klubu” MMC Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun şirkətlərinə aiddir, 2012-ci ildən Qəbələdə fəaliyyət göstərir. Təsisçisi Gilan MMC-dir. İlk adı Gilan İdman Atıcılıq Klubu MMC olub.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …