Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Nazir: “İstəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər…”

Nazir: “İstəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər…”

“Biz istəyərdik ki, Naxçıvana müalicəvi turizm üçün gələnlər, həm də mədəniyyət ocaqlarının imkanlarından faydalansınlar”.
Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüşündə deyib.
Nazir bildirib ki, turizm şirkətlərinin koordinasiyası qarşıda duran ən mühüm məsələlərdəndir:
“Mən tam əminəm ki, biz Naxçıvanı dünya ictimaiyyətinə, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı kimi təqdim etməyə müvəffəq olacağıq. Görülən işlər buna əsas verir. Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün İslam dünyasının Azərbaycana marağının artmasına səbəb olub. Eyni zamanda, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması və silsilə tədbirlərin təşkili İslam dünyasında Azərbaycanın nə qədər böyük bir mövqeyə sahib olduğunu təsdiq edir. Azərbaycan öz multikultural ənənələri ilə seçilən, mədəniyyətlər arasında körpü rolunu oynayan ölkədir. Bu imkanlardan səmərəli istifadə olunmalı, mövcud potensialı nümayiş etdirmək üçün silsilə tədbirlər keçirilməlidir”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın