Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Nazir Hacı İbrahimin layihəsini “xülya” adlandırıb – AÇIQLAMA

Nazir Hacı İbrahimin layihəsini “xülya” adlandırıb – AÇIQLAMA

“Hər bir iş adamına eyni gözlə baxılmalıdır. İş adamının biznesinə, gücünə uyğun ona iş verilməlidir. Misal üçün, mənim “Xəzər Adaları”nda 5 min işçim var. Bir məmur istəmədi ki, bu layihəni başa çatdırım. 2 milyard pul xərcləmişik, ancaq heç bir məmur gəlib baxmır ki, görsün burada vəziyyət necədir”.

Bunları mifik “Xəzər Adaları” layihəsinin müəllifi, qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib. O, etiraf edib ki, reallaşdırmağa çalışdığı layihəyə Azərbaycan məmurlarını və cəmiyyətini inandıra bilməyib. Məmurlar isə Prezident İlham Əliyevin layihə ilə tanış olmadığını əsas gətirərək, hətta əraziyə gəlməkdən də imtina edirlər. Sitat: “Deyirlər ki, cənab prezident gəlməyibsə, biz nə üçün gələk. Qardaş, sən bir gəl bax, ağlın kəsirsə, get cənab prezidentə məruzə et. Xoşuna gəlməsə, razıyam, məruzə etmə. Deyirlər ki, cənab prezident, bu layihə boş şeydir. Buradan heç nə olan deyil. Bütün dünya bu şəhərdən danışdı, bizim ölkədə isə hər kəs dedi ki, buradan şəhər olmaz. Xarici işlər naziri israillilərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?! Dəstək olmaq əvəzinə görün barəmdə hansı mənfi rəy yaradırlar…”

Hacı İbrahimin xeyli susqunluqdan sonra verdiyi sözügedən müsahibəsində də bəzi rəqəmlər üzərində manipulyasiyası diqqəti çəkir. Məsələn, bir müddət əvvəl, yəni “Bandotdel” tərəfindən həbs olunan zaman Nehrəmli etiraf etmişdi ki, Beynəlxalq Bankdan 450 milyon manat kredit götürüb. Halbuki, daha əvvəllər israrla bildirirdi ki, kredit borcu cəmi 57 milyon manatdır. H.Nehrəmlinin həmin vaxt verdiyi müsahibədən sitat: “Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxtda qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq”.

İndi isə deyir ki, BB-dən cəmi 280 milyon kredit götürüb: “Beynəlxalq Bankdan 6 obyekt üzrə cəmi 280 milyon kredit götürmüşəm. Hər bir kreditimizin də arxasında girovlarımız var. Ancaq bu bankda adıma qeyri-qanuni şəkildə 91 milyon manat yazaraq, oğurlayıblar. Bu kreditdən heç xəbərim də yoxdur. Həmçinin 45 milyon da şirkətim adına dollar götürüblər”.

Rəqəmlər üzərində bir başqa təzad. “Bandotdel” tərəfindən saxlanılan ərəfədə H.İbrahimli bildirmişdi ki, “Xəzər Adaları”na 1.2 milyard manat xərcləyib. Lakin indi bu rəqəmi birdən-birə 2 milyard manatadək şişirdir. Baxmayaraq ki, həmin vaxtdan layihədə işlər tamam dayanıb.(azpolitika.info)

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …

Bir cavab yazın