Ana səhifə / Kriminal / Nazir: “Formula 1-in bilet satışından 3-4 milyon manat gəlir əldə edəcəyik”

Nazir: “Formula 1-in bilet satışından 3-4 milyon manat gəlir əldə edəcəyik”

“Bakıda keçiriləcək Formula 1 Avropa Qran-Prisi yarışına çıxarılan biletlərin satışından təxminən 3-4 milyon manat arası gəlir əldə etmək mümkün olacaq”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Onun sözlərinə görə, yarış üçün 30 min bilet satışa çıxarılıb: “Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa vasitəsi ilə mümkündür. Hazırda neçə biletin satılması ilə bağlı məndə dəqiq məlumat yoxdur. Satışlar davam edir və işlər tam qaydasındadır”.
A.Rəhimov eyni zamanda, xarici və ya yerli izləyicilərin daha çox bilet alması məsələsinə də münasibət bildirib: “Bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb. Yəni, xaricdən və və yerli insanlar yarış üçün istədikləri qədər bilet ala bilərlər”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın