Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Nazir: “Alıcılara 350 min manatdan çox vəsait qaytarılıb”

Nazir: “Alıcılara 350 min manatdan çox vəsait qaytarılıb”

“Bakı Şopinq Festivalı başladığı gündən indiyə qədər 350 min manatdan çox vəsait Vergilər Nazirliyi tərəfindən alıcılara geri qaytarılıb”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, bu, ümumi məbləğin 10%-nin qaytarılması deməkdir: “Ümumi alış dövriyyəsi təxminən 3 milyon 500 min manat artıb. Digər vaxtlara nisbətdə bu rəqəmlər ümidvericidir.

Hər hansı çətinliklər yaranan zaman bank mütəxəssisləri, eyni zamanda Vergilər Nazirliyinin əməkdaşları peşəkarlıqla bunu aradan qaldırırlar”.

Ə.Qarayev bildirib ki, Bakı Şopinq Festivalına maraq hər gün daha da artır: “Nəzərə alsaq ki, festivalın keçirilməsi üçün cəmi 2 ay hazırlıq işləri gördük. Ciddi təbliğat və reklam olmamışdı.

Bu onu göstərir ki, festivala böyük maraq var. Ayın sonunda bilinəcək ki, festivalda xaricdən gələn turistlər, yoxsa yerli vətəndaş daha çox pul xərcləyib və alış-veriş edib”.(Report)

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın