Ana səhifə / Kriminal / Nazim İbrahimovun bacısı oğlu qəzada həlak oldu

Nazim İbrahimovun bacısı oğlu qəzada həlak oldu

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Azinforum.az  Lent.az-a istinadən xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində  ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun bacısı oğlu olduğu ortaya çıxıb.

Vüsal İbrahimov xeyli vaxt imiş ki, bİ. Nehrəmlinin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …