Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Naz -Lifan”ın Gəncədə satış salonu açılacaq

“Naz -Lifan”ın Gəncədə satış salonu açılacaq

“Naz -Lifan” avtomobillərinin Gəncədə satış mərkəzi açılacaq. Naxçıvan Avtomobil Zavodundan fins.az-a verilən məlumata görə, artan tələbata uyğun olaraq Gəncə şəhərində satış mərkəzinin, texniki xidmət şöbələrinin və avtomobillərin ehtiyat hissələrinin satışı mağazasının yaradılması nəzərdə tutulub. Bu isə həmin bölgədə və ətraf rayonlarda istismar olunan “NAZ-Lifan” markalı minik avtomobillərinə Bakı şəhərinə getmədən yerində texniki xidmət göstərilməsinə əlverişli şərait yaradacaq.

Eləcə də bax:  Məmurlar NAZ almağa başlayıblar: “Sifariş o qədər çoxdur ki..”

Buna qədər Naxçıvan şəhəri ilə yanaşı ,Bakı və Xaçmaz şəhərlərində “Naz -Lifan” satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları yaradılıb.

Eləcə də bax: «Lifan»ların qiyməti məlum oldu

Qeyd edək ki, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. Bundan əlavə Böyük Vətən müharibəsi və Çernobıl iştirakçıları, və Azərbaycan Vətən müharibəsi iştirakçılarına dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri verilib. Naxçıvan Avtomobil Zavodundan bildirilib ki, avtomobilin kefiyyətli olması onun taksi kimi istifadəsinə də şərait yaradıb.Hazırda taksi fəaliyyəti göstərənlər muxtar respublika ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” avtomobillərini alırlar.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın