Ana səhifə / Kriminal / “Naz-Lifan” tam yerli istehsal olacaq – VASİF TALIBOVDAN GÖSTƏRİŞ

“Naz-Lifan” tam yerli istehsal olacaq – VASİF TALIBOVDAN GÖSTƏRİŞ

Naxçıvan Biznes Mərkəzində respublikada fəaliyyət göstərən sahibkarlarla görüşən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə baxıb. Azinforum.az-ın məlumatına görə, V. Talıbova bildirilib ki, zavodda tələbata uyğun, eləcə də sifariş əsasında 12 modeldə avtomobil istehsal olunur. Müasir təchizatı, dizaynı və interyeri ilə seçilən, avtomatik və mexaniki sürət qutusu ilə təchiz olunan minik avtomobilləri AVRO-5 standartlarına cavab verir. Bu da yerli tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Rahat və keyfiyyətli olması, sərfəli kredit və münasib qiymətlərlə təklif edilməsi, eyni zamanda, ehtiyat hissələrinin satışının həyata keçirilməsi alıcıların bu avtomobillərə üstünlük verməsinin əsas səbəblərindəndir. Gələcəkdə müəssisədə tələbata uyğun olaraq yeni modellərin yığılmasına da başlanılacaq. V. Talıbov zavodda keyfiyyət amilinə ciddi diqqət yetirilməsi və avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılması barədə tapşırıq verib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın