Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Naxçıvandan yola çıxan ilk sürət qatarı Məşhəd şəhərinə çatıb

Naxçıvandan yola çıxan ilk sürət qatarı Məşhəd şəhərinə çatıb

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikasından yola düşən ilk Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı Məşhəd dəmiryolu stansiyasına daxil olub.

Naxçıvan-Məşhəd və əks istiqamətdə hərəkət edən sərnişin qatarının yola salınması prosesi İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə həyata keçirilib.

M.Vaezi bu istiqamət üzrə qatarın işə düşməsini iki ölkə arasında iqtisadi və turizm sahəsində əməkdaşlığının genişləndirilməsi kimi qiymətləndirib.

Naxçıvan Ali Məclisinin sədri isə bildirib ki, bu addım İranla Azərbaycan arasında sərnişindaşınmanı asanlaşdırmaqla yanaşı, iki millətin daha sıx əməkdaşlıq etməsinə səbəb olacaq.

İran Dəmiryolu Şirkətinin icraçı müdiri Səid Məhəmmədzadə öz növbəsində qeyd edib ki, Naxçıvan-Məşhəd qatarı həftənin bazar və cümə axşamı günləri Naxçıvandan, bazar ertəsi və cümə günləri isə Məşhəddən yola düşəcək.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın