Ana səhifə / Kriminal / Naxçıvanda külək və su elektrik stansiyaları tikiləcək

Naxçıvanda külək və su elektrik stansiyaları tikiləcək

“Şərq qapısı” qəzetinə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyindən bildirilib ki, hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır.
Qeyd edək ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür.
Məlumat üçün bildirək ki, hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın