Cümə , Noyabr 27 2020
Ana səhifə / Kriminal / Naxçıvanda günəş elektrik stansiyası tikilir

Naxçıvanda günəş elektrik stansiyası tikilir

Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyasının inşasına başlanılıb. Azinforum.az-ın məlumatına görə, 20 meqavat gücündə olacaq stansiya Babək rayonunun Xal-xal kəndi ərazisində quraşdırılır. Bununla bağlı yerli Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında müqavilə bağlanıb.
Günəş panelləri 35 hektar ərazini əhatə edəcək. Ərazinin relyefinə uyğun olaraq, stansiya 5 hissədən ibarət olacaqdır. Hissələr arasında yeraltı kabel və yüksəkgərginlikli hava verilişi xətləri çəkiləcək. Stansiyada hər birinin gücü 255 vatt olan 78 min 683 ədəd Günəş paneli, o cümlədən sabit cərəyanı dəyişən cərəyana çevirən 21 invertor və 11 transformator quraşdırılacaq. İstehsal olunan elektrik enerjisi yaxınlıqdakı 110 kilovoltluq “Xal-xal” transformator yarım¬stansiyası vasitəsilə muxtar respublikanın elektrik enerjisi şəbəkəsinə ötürüləcək. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artıracaq, ucuz elektrik enerjisi istehsalına imkan verəcəkdir.

Həmçinin oxuyun

Evi tərk edən COVID-19 xəstələri saxlanıldı

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional …

Bir cavab yazın