Ana səhifə / Kriminal / Naxçıvanda gizlənən İbrahim Cəfərov Arayik Arutunyanandır ki…

Naxçıvanda gizlənən İbrahim Cəfərov Arayik Arutunyanandır ki…

Azərbaycan siyasi rəhbərliyinin, hüquq mühafizə orqanlarının, mediasının və ictimaiyyətinin diqqətinə ciddi bir faktı çatdırıram. Məlumatın doğruluğuna adım kimi əminəm və buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm.

Azərbaycan Cinayət Məcəlləsinin 13 ağır maddəsi ilə ittiham edilən və barəsində rəsmi axtarış elan olunan, Naxçıvan Tütün Fermentasiya Zavodunun sabiq rəhbəri, 2000-2005-ci illər Naxçıvan Ali Məclisinin deputatı olmuş – Cəfərov İbrahim Mustafa oğlu məhz Naxçıvanın indiki rəhbərliyinin dəstəyi ilə məsuliyyətdən yayındırılaraq, orada gizlədilir.

İbrahim Cəfərov hazırda Kəngərli rayonunun Xok kəndində yaşayır. Özünün Bakıdakı və Naxçıvankakı geniş biznes şəbəkəsini oradan idarə edir. İbrahim Cəfərovla bağlı cinayət işini Bakı Şəhər Prokurorluğu aparıb, ona yaxın olan adamlar həbs edilib, əslində girov götürülüb ki, İbrahimdən lazım olan pulu alsınlar. Bu adam həmin vaxt deputat toxunulmazlığından istifadə edərək , Naxçıvana qaçıb. Barəsində qaldırılan cinayət işi ayrı icraata verilib.

Həmin vaxt sabiq Baş Prokuror Zakir Qaralovun təqdimatı əsasında Naxçıvan Ali Məclisi onun deputat toxunulmazlığını götürüb. Məntiqlə, sonrakı addımda bu adam həbs edilməliydi. İbrahim Cəfərov isə o vaxt deyirdi: “Vasif Talıbovun qorxusundan heç kim gəlib burada məni həbs edə bilməz”. Doğrudan da belə oldu. Həmin vaxtdan indiyə kimi, həbsdən yayınmaq üçün İbrahim Cəfərov bir addım da olsun Naxçıvandan kənara çıxmayıb.

Hətta deyilənə görə 2000-ci illərin ortalarında onu həbs etmək üçün arxasınca Naxçıvana gedən hüquq – mühafizə işçilərinə ciddi basqı olub. Onları təhqir edilmiş halda təyyarəyə mindirib geri qaytarıblar. İbrahim Cəfərov deyir ki, azadlıqda qalmaq üçün var-dövlətinin əhəmiyyətli hissəsindən Naxçıvan rəhbərliyinin xeyrinə imtina edib.

Şəxsən mən bununla bağlı Naxçıvanın iki sabiq daxili işlər naziri: Əhməd Əhmədov və Fazil Ələkbərovla söhbət etmişəm. Onlar mənə deyiblər ki, İbrahimi həbs etmək şəlahiyyətində deyillər. Bu barədə rəsmi müraciətlərim də olub.
Sual oluna bilər: bəs Naxçıvanın indiki daxili işlər naziri Rəşad İsmayılov niyə İbrahim Cəfərovu həbs etmir?

Çünki Rəşad müəllim İbrahim Cəfərivla yaxın qohumdur. Hər ikisi Xok kəndindəndir. Qohumluq əlaqələri isə belədir: nazir İbrahim Cəfərovun bacısı qızı ilə evlidir.

Bir jurnalist kimi mənə məlumdur ki, bizim hüquq-mühafizə orqanları Qarabağda gizlənən Arayik Arutunyan və digər separatçılar barıdə cinayət işi açaraq, onları beynəlxalq axtarışa verib. Onların yaşadığı ərazidə bizim yurizdiksiyamız hələ ki tam təmin edilmədiyi üçün , həmin adamları ədalət mühakiməsinı təqdim edə bilmirik.

Naxçıvan bizim yurizdiksiyamızdadırsa, onda niyə ağır maddələrlə axtarışda olan bir şəxs əlini-qolunu salayaraq orada gəzib, ölkənin hüquq sisteminə meydan oxuya bilir?

Mövzu barədə daha ətraflı yazacam!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Surqutdakı Azərbaycan diasporu Rusiya KİV-lərində jurnalist Məhəmmədəli Qəribliyə qarşı “qara piar” aparır …

Rusiyanın Surqut şəhərində soydaşımız Raya Məmmədova ilə bağlı tutduğumuz obyektiv mövqe daha çox həmin şəhərdəki …