Ana səhifə / Kriminal / Naxçıvanda əhalinin gəlirləri artıb

Naxçıvanda əhalinin gəlirləri artıb

Naxçıvanda əhalinin gəlirlərinin artımı qeydə alınıb.

Azinforum.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 2017-ci ilin yanvar-may aylarında muxtar respublikada əhalinin gəlirləri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 666 milyon 56 min 100 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz artaraq 1480,8 manat təşkil edib.
Qeyd olunub ki, 2017-ci ilin yanvar-may aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 414 manat təşkil edib və bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artıb.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın