Ana səhifə / Kriminal / Naxçıvan-Məşhəd sürət qatarının QİYMƏTİ

Naxçıvan-Məşhəd sürət qatarının QİYMƏTİ

Dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarı hərəkətə başlayacaq. Bu sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) sərnişin daşıyacaq.

Bildirilir ki, üç vaqondan ibarət 108 yerlik qatar Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək. AzadlıqRadiosu-nun məlumatına görə, marşrut üzrə bir tərəfə biletin qiyməti 40 İsveçrə frankıdır.

Naxçıvan və Culfa dəmir yolu stansiyalarında bilet satışına dekabrın 24-də başlanıb. Satış nağd qaydada aparılır. Elektron bilet satışının təşkili tamamlanmayıb.

Onu da qeyd edək ki, bir İsveçrə frankı hazırda 1.71 AZN-dir. Bu isə o deməkdir ki, qatarda bir tərəfə biletin qiyməti 68.4 AZN-dir.

Məsələ ilə bağlı danışan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, qiymət hər iki tərəfin razılığı əsasında təyin olunub: “Azərbaycandan bilet alan yerli valyutamızla pulu ödəyib, biletini alacaq. Qiymətin İsveçrə frankı ilə göstərilməsinin səbəbi odur ki, beynəlxalq hesablaşmalar bu valyuta ilə aparılır. Dolların məzənnəsi dəyişkən olduğu üçün biz beynəlxalq istiqamətdə yük və sərnişin daşımaları üzrə ödənişi İsveçrə frankı ilə edirik.

Qatar 29-da hərəkətə başlayacaq. Qiymətin baha olduğunu söyləmək olmaz. Burada xəttin uzunluğu və digər bu kimi məsələlər nəzərə alınıb. Qiymət hər iki tərəfin razılığı ilə təyin olunur. Danışıqlar aparılır, görüşlər keçirilir və bu əsnada qiymətlər də müzakirə olunur. Nəticədə ortaq razılığa gəlinir. Bəhs etdiyimiz xətt üzrə də eyni proseslər həyata keçirilir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın