Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Naxçıvan Dövlət Energetika Xidməti yaradıldı

Naxçıvan Dövlət Energetika Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti yaradılıb.
Azinforum.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Xidmət elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində (bundan sonra-müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyətinə Naxçıvan Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Naxçıvan Dövlət Energetika Xidmətinin strukturuna Xidmətin aparatı (şöbələr və sektorlar), Xidmətinin strukturuna daxil olan qurumlar – Yüksəkgərginlikli Elektrik Şəbəkəsi və şəhər (rayon) elektrik şəbəkələri daxildir. Naxçıvan Dövlət Energetika Xidməti aparatının işçilərinin say həddi 28 ştat vahidi müəyyən edilib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın