Bazar , Avqust 18 2019
Ana səhifə / Kriminal / Natiq Əliyev OPEC-in iclasına hansı mesajla gedir?

Natiq Əliyev OPEC-in iclasına hansı mesajla gedir?

OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin bu həftə Vyanada keçiriləcək görüşündə xam neft hasilatının azaldılması və ya dondurulması, eləcə də bunun hesabına cari qiymətlərin mümkün artırılması müzakirə olunacaq.

Görüşə Azərbaycan da dəvət alıb və energetika naziri Natiq Əliyevin toplantıda iştirakı planlaşdırılır.

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva AzVision.az-a bildirib ki, dünya bazarında neftin qiymətində sabitləşməyə nail olmaq üçün hasilatın azaldılması zəruri şərt kimi irəli sürür. Azərbaycan bu istiqamətdə aparılan proseslərə öz dəstəyini verir.

“Azərbaycan birmənalı şəkildə bayan edir ki, hasilat və ixracı artırmayacaq. Bu barədə prezident çıxışı zamanı da bildirib. Yəni Azərbaycanın mövqeyi artıq ifadə olunub”.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Natiq Əliyev 9-13 oktyabr tarixlərində İstanbulda keçiriləcək XXIII Beynəlxalq Enerji Konqresi çərçivəsində OPEK-in üzv ölkələrinin və təşkilata daxil olmayan ölkələrin nümayəndələrinin qeyri-formal görüşündə iştirak edəcək. Görüşdə iştirak dəvətini OPEK-in baş katibi Məhəmməd Barkindo göndərib.

Həmçinin oxuyun

Qəbələdə evli qadın ərindən bezdi, internetdə tanış olduğu Murada qoşulub qaçdı

Bakı Ağır Cinayətlər Məhkəməsində Qəbələ rayon sakini, qəsdən adam öldürməkdə ittiham olunan 27 yaşlı Elnur …

Bir cavab yazın