Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Kriminal / Natiq Əliyev OPEC-in dəvətini rədd edir

Natiq Əliyev OPEC-in dəvətini rədd edir

Bakı OPEC-in neftin qiymətinin 70 dollara qaldırılması yollarını müzakirəsinə dair oktyabrın 21-də keçiriləcək texniki müşavirəsinə qatılmaqdan imtina edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Röyter” Azərbaycanın Energetika Nazirliyinin rəsmisinə istinadən bildirir.

OPEC-in müşavirəsində neftin qiymətinin 70 dollara qaldırılması üçün hasilatın tədricən azaldılması müzakirə olunacaq. Azərbaycanla yanaşı kartelə daxil olmayan ölkələrdən Rusiya, Qazaxıstan, Braziliya, Kolumbiya, Meksika, Norveç və Oman da müşavirəyə dəvət edilmişdi. Bundan əvvəl Rusiyanın energetika sferası üzrə yüksək rütbəli rəsmiləri ölkədə neft hasilatının aşağı salınmayacağını bildiriblər. Bununla belə Rusiya nümayəndə heyəti OPEC-in müşavirəsinə qatılacaq.

Azərbaycan isə ümumiyyətlə müşavirəyə qatılmır və hasilatın aşağı salınmasına dair müzakirələrə qoşulmur. “Bizə OPEC-in dəvəti daxil olub. Lakin energetika naziri Natiq Əliyev bu tədbirdə iştirak etməyəcək. Azərbaycan müşavirədə iştirak etmək istəmir”-Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva “Röyter”ə bildirib. Nazirliyin rəsmisi bu qərarın səbəblərini izah etməyib.

OPEC-ə üzv olan və olmayan hasilatçı ölkələrin müşavirəsini çağırmaq təklifini kartelin baş katibi Abdalla əl-Badri irəli sürüb. Gözlənilir ki, iclasda Venesuela neftin qiymətinin artırılmasına dair yeni strategiya təklif edəcək. Venesuela hesab edir ki, bu strategiya sayəsində neftin qiymətini 70 dollara qaldırmaq mümkündür.

Lakin nəinki OPEC-ə daxil olmayan, eləcə də kartelə üzv olan ölkələrin əksəriyyəti qiymətlərin aşağı olmasına baxmayaraq hasilatı azaltmaq təkliflərinə müsbət yanaşmır. Nəticədə OPEC-in neft bazarına təsir imkanı faktiki olaraq yoxdur. Ən iri neft hasilatısı olan Səudiyyə Ərəbistanı hasilatı heç bir halda aşağı salmayacağını elan edib. O cümlədən İran və bir çox digər hasilatçı ölkələr də bu taktikanı seçiblər. Göründüyü kimi qiymətləri artırmaq naminə hasilatı aşağı salmaq ideyasını Azərbaycan da qəbul etmir. Çünki hasilat azalandan sonra onu yenidən bərpa etmək kifayət qədər baha başa gəlir və ya ümumiyyətlə mümkün olmaya bilər.

Həmçinin oxuyun

Azərbaycanlı iş adamını Moskvada amansızlıqla qətlə yetirib – ANBAAN VİDEO

Azərbaycanlı iş adamı Rusiyanın paytaxtı Moskva şəhərində qətlə yetirilib. Criminal.az xəbər verir ki, Ordubad rayonunun …

Bir cavab yazın