Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Nati” əmtəə nişanı ilə buraxılan məhsullar İraq bazarına da çıxarılacaq

“Nati” əmtəə nişanı ilə buraxılan məhsullar İraq bazarına da çıxarılacaq

Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə 2011-ci ildə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ixrac yönümlü məhsullar istehsal edir. Türkiyənin “Pek makina”, “Forma makina LTD”, “Ar-Can”, “Alper” və “Makrev” firmalarının istehsalı olan avadanlıqlar saatda 300 kiloqram vafli istehsalı gücünə malikdir. Müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə “Tıq-tıq xanım”, “Şokolay” adları ilə 25 çeşiddə vafli bişirilir. Burada 2013-cü ildə qurabiyə və peçenye istehsalı sahəsi də yaradılıb. Bu istehsal sahəsində də saatda 300 kiloqram məhsul istehsal etmək olur. Burada “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və sair adlarda 16 çeşiddə istehsal edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş taralarda qablaşdırılır.
İndiyədək bu məhsullar “Nati” tanıtım nişanı ilə Gürcüstan bazarına ixrac edilirdi. Artıq İraq bazarına da çıxmağı qarşısına məqsəd qoyan müəssisə bu yöndə fəaliyyətini gücləndirir.
Qeyd edək ki, bu gün sahibkarlığın inkişafı daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasına əlverişli şərait yaratdığı kimi, yeni iş yerlərinin yaradılması da həyata keçirilən iqtisadi siyasətə xidmət edir. “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti bu sahədə mühüm əhəmiyyət kəsb edir. Müəssisə yaradılanda burada 20 nəfər çalışırdısa, bu gün istehsal sahəsində 50 nəfərə yaxın insanın əməyindən istifadə edilir.

“Şərq qapısı” qəzeti

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın