Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Kriminal / “Nar”ın dəstəklədiyi “Microsoft Imagine Cup” müsabiqəsinin milli finalının qalibi müəyyənləşib

“Nar”ın dəstəklədiyi “Microsoft Imagine Cup” müsabiqəsinin milli finalının qalibi müəyyənləşib

Azərbaycan Respublikası Təhsil nazirliyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Yüksək Texnologiyalar Parkı və “Youth Inc.” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə “Microsoft Azerbaijan” və “Nar” tərəfindən Azərbaycanda 3-cü dəfə keçirilən “Imagine Cup” innovasiya müsabiqəsinin milli final mərhələsinin qalibi müəyyənləşib.
Müsabiqədə iştirak etmək üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsini, müasir dövrün problemlərini həll edən tətbiqin prototipini hazırlamaq və ya orijinal oyun fikirləşmək lazım idi. Müsabiqənin yekunlarına əsasən, “Neftçi” komandası qalib elan olunub və Kiyevdə keçiriləcək növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə komanda müsabiqənin əsas mükafatı – layihələrin inkişafı üçün 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.
“Neftçi” komandasının tərkibinə Bakı Ali Neft Məktəbinin tələbələri – Kərim Kərimov, Lalə Məmmədova və Şamil Ömərov, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səbuhi Talıbov daxildirlər. Onlar, “Windows Azure” üzərində xüsusi əlavə hazırlayıblar ki, bu həll vasitəsilə istifadəçilər kafe və restoranlarda xoşladıqları musiqini seçə biləcəklər. İstənilən musiqi janrının seçimi eyni vaxtda bir məkanda olan istifadəçilər tərəfindən əlavənin təklif etdiyi xüsusi xəritədə səsvermə vasitəsilə müəyyənləşəcək. İstifadəçilər üçün sözügedən əlavə pulsuz, kafe və restoran sahibləri üçün isə ödənişli olacaq.
Qeyd edək ki, “Microsoft Imagine Cup” müsabiqəsi dünya tələbələri arasında hər il keçirilən ən genişmiqyaslı innovasiya müsabiqələrindən biri sayılır. Müsabiqənin keçirilməsində məqsəd tələbələrin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələrinə şərait yaratmaqdır.
Hər zaman təhsil və innovasiyaların, elm və mədəniyyətin inkişafına xüsusi önəm vermiş “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində artıq üçüncü ildir ki, “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinə dəstək verməkdədir.

Həmçinin oxuyun

Azərbaycanda aliment ödəməyən müəllim dərs zamanı həbs edildi – VİDEO

Azərbaycan rəsm müəllimi dərs zamanı polis tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Unikal.org xəbər verir ki, bu …

Bir cavab yazın