Ana səhifə / Kriminal / “Nar”dan “Turbo Endirim” kampaniyası

“Nar”dan “Turbo Endirim” kampaniyası

“Nar” öz istifadəçilərinə 200 MB interneti 2 deyil, 1 manata əldə etmək fürsəti verdi.

Şirkətdən AzVision.az-a verilən məlumata görə, 14-16 avqust tarixlərində “Turbo S” paketi sifariş edən “Turbo XS” istifadəçiləri paketi 50% endirimli qiymətə əldə edirlər. Paketin istifadə müddəti 20 gün təşkil edir. İstifadə müddəti bitdikdən sonra paket standard şərtlərlə avtomatik olaraq aktivləşdirilir.

Endirimli “Turbo S” paketi sifariş etmək üçün balansdakı mövcud “Turbo XS” paketinin trafiki tamamilə bitməlidir. Endirim kampaniyası yalnız bildiriş SMS alan abunəçilərə şamil olunur. Paketi aktivləşdirmək üçün *777#02#Yes yığmaq və ya S yazıb 777 qısa nömrəsinə göndərmək lazımdır.

“Nar” tarif, kampaniya və məhsulları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azərfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın