Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi

Naftalanda sanatoriyada 31 yaşlı qadın güllələndi

Naftalandakı güllələnmə ilə bağlı bəzi məqamlar məlum olub.

APA-nın xəbərinə görə, hadisə Naftalan şəhərindəki “Sehrli Naftalan” sanatoriyasında baş verib. Orada qeydiyyatçı işləyən, 1987-ci il təvəllüdlü Günay Zeynalova sürücü Əli Hüseynov tərəfindən mübahisə zəminində baş verən münaqişə nəticəsində güllələnib.

Ə. Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***16:30

Naftalan sakini güllələnib.

APA-nın xəbərinə görə, Naftalan sakini olan qadın qarın nahiyəsindən güllə yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının kimliyi, hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …