Ana səhifə / Kriminal / “Nərminin ailə üzvlərinin polisə doğru-düzgün informasiya verməməsi qətli törədəni tapmağı çətinləşdirib”

“Nərminin ailə üzvlərinin polisə doğru-düzgün informasiya verməməsi qətli törədəni tapmağı çətinləşdirib”

Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparırlar. Lakin sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərib.

Mövzu ilə bağlı tanınmış hüquqşunas, vəkil Mehman Muradlı BiG.AZ-a açıqlama verib. O, bildirib ki, Nərminin ailə üzvlərinin polisə doğru-düzgün informasiya verməməsi qətli törədəni tapmağı çətinləşdirib:

“10 yaşlı qızın itkin düşməsi və bəzilərinin bunda polisi günahlandırması sadəcə əməliyyat-axtarış fəaliyyətindən anlayışı olmamaq deməkdir. Nəzəri baxımından itkin düşmüş uşağı tapmaq daha çətin prossesdir. Bunun bir çox səbəbləri var. Olub ki, illərnən axtarış nəticə verməyib və sırf təsadüf nəticəsində törədilmiş cinayətin üstü açılıb. Mətbuatdan oxuduğuma əsasən gəldiyim nəticə ondan ibarətdir ki, qızcığazın valideyinləri, qohumları qeyri-səmimilik göstərib polisə doğru-düzgün informasiya verməyiblər. Bu da axtarış işini çətinləşdirib. İndi axtarışın ikinci fazasıdır. Hesab edirəm ki, qısa müddət ərzində buna nail olunacaq. Çünki azından meyit tapılıb”.

Qeyd edək ki, cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …