Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Nəqliyyatda gediş haqqı  artırılacaq”

“Nəqliyyatda gediş haqqı  artırılacaq”

Tanınmış iqtisadçı Qubad İbadoğlu benzinin qiymətinin qalxmasının hansı sahələrdə qiymət artımına səbəb olacağı ilə bağlı şərh verib. Azinforum.az həmin fkirləri təqdim edir:

“Benzin 28,5 faiz bahalaşdı. Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Bu artım yalnız “Aİ-92” markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma olacaq. Eyni zamanda benzinin qiyməti artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub.
Xatırladım ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib”.

Azinforum.az

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın