Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Nəcməddin Sadıkovun yaxın adamı hakim qarşısına çıxarılır

Nəcməddin Sadıkovun yaxın adamı hakim qarşısına çıxarılır

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb.

İstintaq materiallarına əsasən Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olub.

Z.Niftəliyevin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. Report

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …