Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Tovuz rayon Məhkəməsindən verilən məlumata görə, rayonun Dondar Quşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən Süleymanov İlkin İbrahim oğlu barəsində 2 aylıq həbs qərarı verilib.
İ.Süleymanov azyaşlıya qarşı törətdiyi cinayəti məhkəmədə bir daha etiraf edib.