Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın
2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış
meyitinin tapılması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Hazırda hüquq-mühafizə orqanlarına daxil olan qurumlar bu hadisə ilə
bağlı araşdırmalar aparırlar. Lakin sosial şəbəkələrdəki bəzi
səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını
məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərib.
Mövzu
ilə bağlı tanınmış hüquqşunas, vəkil Mehman Muradlı BiG.AZ-a açıqlama
verib. O, bildirib ki, Nərminin ailə üzvlərinin polisə doğru-düzgün
informasiya verməməsi qətli törədəni tapmağı çətinləşdirib:
“10
yaşlı qızın itkin düşməsi və bəzilərinin bunda polisi günahlandırması
sadəcə əməliyyat-axtarış fəaliyyətindən anlayışı olmamaq deməkdir.
Nəzəri baxımından itkin düşmüş uşağı tapmaq daha çətin prossesdir. Bunun
bir çox səbəbləri var. Olub ki, illərnən axtarış nəticə verməyib və
sırf təsadüf nəticəsində törədilmiş cinayətin üstü açılıb. Mətbuatdan
oxuduğuma əsasən gəldiyim nəticə ondan ibarətdir ki, qızcığazın
valideyinləri, qohumları qeyri-səmimilik göstərib polisə doğru-düzgün
informasiya verməyiblər. Bu da axtarış işini çətinləşdirib. İndi
axtarışın ikinci fazasıdır. Hesab edirəm ki, qısa müddət ərzində buna
nail olunacaq. Çünki azından meyit tapılıb”.
Qeyd
edək ki, cinayəti törədənin kimliyi hələ də məlum deyil. Faktla bağlı
cinayət işi açılıb, zəruri əməliyyat-axtarış tədbirləri həyata
keçirilir.
Ana səhifə / Kriminal / “Nərminin ailə üzvlərinin polisə doğru-düzgün informasiya verməməsi qətli törədəni tapmağı çətinləşdirib”
Həmçinin oxuyun
Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ
Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …