Şənbə , Avqust 20 2022
Ana səhifə / Kriminal / Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə dindirildi

Nərmin Quliyevanın əmisi oğlu məhkəmədə dindirildi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində N.Quliyevanın əmisi oğlu Qorxmaz Quliyev ifadə verib.

Məhkəmənin növbəti iclası noyabrın 30-na təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Həmçinin oxuyun

Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində …