Ana səhifə / Kriminal / “Nərmin işi”ndə araba izi ilə bağlı fakt gizlədilib?

“Nərmin işi”ndə araba izi ilə bağlı fakt gizlədilib?

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov üçüncü dəfə ifadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.

M.Süleymanov keçən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o heç vaxt həmin otaqda səs eşitməyib.

Bugünkü ifadəsində də bildirib ki, bununla bağlı hətta səs eksperti aparılıb: “İstintaq zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Nərminin saxlanıldığı iddia edilən otaqdan mənim ifadəmdə də dediyim otağa səsin gəlib-gəlmədiyi yoxlanılıb. Onlar da orda danışılan zaman səsin eşidildiyini təsdiq edilib. Daha sonda İstintaq zamanı meyitin tapıldığı ərazidə araba izi olub buna görə kənd sakinlərinə məxsus arabaların təkər izi də yoxlanılıb. Lakin bütün bunlar barədə istintaq işində qeydlərə rast gəlinməyib. İlkini şöbəyə aparanda demişdilər ki, onu sadəcə şahid qismində saxlayıblar, lakin sonra bizə dedilər ki, İlkin günahkardır. Ancaq hansı əsaslara görə onu günahkar hesab edirlər günü bu gün də subut yoxdur”.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 12-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./Report

Həmçinin oxuyun

Alimpaşa Məmmədovdan XƏBƏR VAR

Baş Prokurorluq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov barəsindəki həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə …