Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / Nərimanovda əməliyyatlarla 17 nəfər saxlanılıb – Video

Nərimanovda əməliyyatlarla 17 nəfər saxlanılıb – Video

Nərimanovda əməliyyatlar zamanı 8 kiloqram  narkotik vasitə və 2 ədəd “Makarov” tapançası aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rəşad Səfərov və Vüsal Cavadov saxlanılıblar:
“Onlardan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar olunub. Saxlanılanlar narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən martın əvvəlindən etibarən həyata keçirilən tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt müəyyən edilib, 17 nəfər saxlanılıb. 8 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat yolu ilə müxtəlif şəxslərdən 2 ədəd “Makarov”markalı tapança aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir”.

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …