Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Nəqliyyatda intellektual idarəçilik varmı? – Şəmsəddin Əliyev yazır

Nəqliyyatda intellektual idarəçilik varmı? – Şəmsəddin Əliyev yazır

Avropa oyunlarından başlayaraq nəqliyyatın intellektual idarəçiliyindən çox danışılır və çox yazılırdı. Nəqliyyat Nazirliyinin sözçüsünün danışıq ahəngi hamıya xoş gəlsə də,daha çox müdafiəçiyə bənzətmək olardı. Dayanacaqlardakı monitorların quraşdırılması sensasion hal kimi dəyərləndirilir, sərnişinlərin çox gözləməyəcəkləri barədə məlumatlar verilirdi.
Avropa oyunlarının başlanğıcının ilk günündə komfort avtobusun sürücüsü olimpiya stadionunun dayanacağında toplaşan idmançıların üzərinə çıxdı. Avtobusun “intellektli” idarə olunması nəticəsində naşı sürücü “tormoz” yerinə sürət əyləcini basmışdı və gözlənilməz ağır bir hadisə baş vermişdi. Sanki sükan arxasında sürücü yox, manyak əyləşmişdi. Hüquqşünas kimi deyirəm: Bu,qəsdən törədilən ağır bir cinayət idi.Başqa cür ifadə etmək çətindir. Beynəlxalq miqyaslı, həm də siyasi-diplomatik əhəmiyyət kəsb edən tədbirin başlanğıcında ciddi peşmançılıq.
Avtobusların intellektlə idarə olunması və yaxud olunmamasına əmin olmaq üçün bircə dəfə istənilən marşrut üzrə hərəkət edən avtobusa əyləşib müvafiq bir dayanacaq qət etmək kifayətdir. Bəzən məndə bir vətəndaş kimi cavabı bəlli olmayan sadə bir sual yaranır: Avtobus sürücülərinin yol hərəkət qaydalarını (gün ərzində )dəfələrlə pozan hərəkətləri kameralara niyə düşmür? Düşürsə tədbir niyə görülmür? Məhz cəzasızlıq mühiti onları harınlaşdırır, sərnişinlərə qarşı kobudluq halları, ucadan danışma, telefondan istifadə etmə, sərnişinləri bezdirən bayağı mahnılar, siqaret çəkmə və s. Ictimaiyyətə və mənəviyyata zidd hallar davam edir. Buna intellektual idarəçilik demək olarmı?
Sürücü ilə sərnişin-vətəndaşlar arasında narazılığı artıran digər fakt sürücünün gediş haqqını özü yığmasındadır. Burada sürücünün bilavasitə marağı oldüğundan istədiyi yerdə sərnişin götürür və yaxud, düşürür. Qaydaların pozulması burdan başlayır. Avtobusu ya ikinci yolda, ya döngələrdə, ya da işıqforlarda saxlamaqla arxadan gələn sürücülərin sürücülük hüququnu məhdudlaşdırır, əsəblər gərginləşir. Əsl xuliqanlıq hallarına rəvac verilir.
Sürücünün gediş haqqının yığması “sivil” dilənçilikdir. Nəqliyyat nazirliyinin sözçüsü dəfələrlə bu və digər qayda pozmalarına son qoyulacağı barədə vədlər verir. Amma belə vədlər yalnız efirdə səslənir.
Əgər gediş haqqı kartla ödənilsə yəqin ki,bəzi arzuolunmaz hərəkətlər də aradan qalxar. Səviyyəsiz sürücülərlə sərnişin təmasda olmaz, sürücünün də tamahı-marağı təmin olmadığından istədiyi yerdə saxlamaz.
Avtobusun daxili və xarici görünüşü uzun vaxt təmizlənmir, ictimai narazılığa və narahatlığa səbəb olan faktorlar aradan qaldırılmır.
Orta təhsilli, ümumiyyətlə təhsili, habelə əksəriyyətində sürücülük vəsiqəsi olmayan sürücülərdə intellektual idarəçilik necə ola bilər? Belə çatışmazlıqlar nazirliyin nüfuzuna xələl gətirir. Kobud sürücülərin səviyyəsinə enməklə aldanırıq.
Narazılıq doğuran başqa hal da var. “Polis haqqında” Azərbaycan Respublikasının qanunun 38-ci maddəsinin 4-cü bəndi polis əməkdaşlarına xidməti vəzifələrinin icrası zaman ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifade etmək hüququnu verir. Bunun üçün ya xidməti mundirdə – formada olmalı, ya da DİN-nin vəsiqəsini açıq şəkildə sürücüyə təqdim etmək kifayət edir.
Amma bəzi avtobus sürücüləri vəsiqəsini təqdim edən polis əməkdaşını lağa qoyur, sərnişinlərin gözü qarşısında polisi aşağılayır. “Bəlkə oğurlamısan, bəlkə vəsiqəni saxtalaşdırmısan” -deyə dövlət hakimiyyətinin nümayəndəsinə həqarətlər edir, sərnişinlər tərəfindən isə sürücüyə qarşı ictimai qınaq olmadığından polis əməkdaşı daxilən əzab çəkir…Oxşar hallar sürücülərin etik və bilik səviyyəsinin aşağı olmasından irəli gəlir. Belə xasiyyətə malik sürücülər başqalarına görk olsun –deyə ictimai yerdə polisə qarşı hörmətsizliyinə görə sürücülükdən kənarlaşdırılmalıdırlar. Başqa yol yoxdur.
Haşiyə çıxıram: Qarabağ savaşında milli ordu formalaşana qədər işğalçı tərəflə döyüşən polis idi. Sırada şəhidlərimiz və qəhrəmanlarımız da az deyil. Bunu unutmayaq!

Şəmsəddin Əliyev, hüquqşunas

Azinforum.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın