Şənbə , May 25 2019
Ana səhifə / Kriminal / “Nə “Quska”?.. “Quska” mənim yetirməm olub….” – Başçı xəyanətkarla əlaqələrini danmayıb

“Nə “Quska”?.. “Quska” mənim yetirməm olub….” – Başçı xəyanətkarla əlaqələrini danmayıb

 Neçə gündür ki, portalımızda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı ilginc xəbərlər yer almaqdadır. Məlumata görə, Süleyman Mikayılov hələ zamanında “Quska” kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevlə bir yerdə hərəkət edib. Bununla bağlı DİA.AZ-a olduqca maraqlı insormasiyalar daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, bu informasiyaların yayılmasının ardından Süleyman Mikayılov əsəbiləşib və belə bir ifadə da işlədib: “Nə “Quska”?.. “Quska” mənim yetirməm olub…”. Mənbə dia.az-a açıqlamasında bildirir ki, Süleyman Mikayılov nəinki “Quska” ilə münasibətlərini danmayıb, hətta ona zamanında himayədarlıq etdiyini də söyləyib.

Xatırladaq ki, Hüseyn Abdullayev məhz Avropadakı söyüşcül-böhtançı mühacir hərəkətlənməsinin himayədarı kimi həbsə atılıb və Türkiyədən Azərbaycana qandallı şəkildə gətirilib. Doğrudur, rəsmi ittihamlar fərqli olsa da, hər kəs Hüseyn Abdullayevin hansı xəyanət kampaniyasının arxasında dayandığını gözəl bilir. İndi isə Süleyman Mikayılov Hüseyn Abdullayevə nəinki sahiblənir, özünün Hüseyn Abdullayevin yox, onun Süeleyman Mikayılovun yetirməsi olduğunu iddia edir.

Qeyd edək ki, DİA.AZ-a bu məsələ ilə bağlı ilginc faktlar da təqdim olunub. Yaxın vaxtlarda onları diqqətinizə çatdıracağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq…

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …