Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Müstəntiqin qətlə yetirdiyi nişanlısı da polis imiş

Müstəntiqin qətlə yetirdiyi nişanlısı da polis imiş

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.

Belə ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışırmış.
Serjant rütbəsini daşıyan Günay uroloq imiş.

Qeyd edək ki, ötən gün 1989-cu il təvəllüdlü polis mayoru, Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Tural Akif oğlu Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir. Oxu.az

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …