Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Kriminal / Müharibə Əlilləri və Veteranları İB-nin keçmiş filial rəhbəri həbs edildi

Müharibə Əlilləri və Veteranları İB-nin keçmiş filial rəhbəri həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində saxta əlillik dərəcəsi verilməsi, digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilən Bəxtiyar İsmayılov və Mənzər Nəzərilyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, B. İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və B. İsmayılov məhkəmə zalında həbs edilib.

M. Nəzərilyevaya şərti cəza verilib və 4 il sınaq müddəti seçilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin (İB) Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirlir.

Aparılan araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, B.İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə, bununla da başqalarını rüşvət verməyə təhrik etməsi də müyyən edilib.

Bundan başqa, istintaq zamanı B.İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə B.İsmayılova Cinayət Məcələsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 29, 178.2.2 (təkrarən dələduzluq törətməyə cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətməyə cəhd), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri, M.Nəzərəliyevaya isə 32.4, 312.2-ci maddələri ilə ittiham elan edilib.

Həmçinin oxuyun

“Azərişıq”ın yarım milyon manatdan çox pulu mənimsənildi – Məhkəmə

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa …