Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Mühacir alverinə görə saxlanılan azərbaycanlıların – Siyahısı

Mühacir alverinə görə saxlanılan azərbaycanlıların – Siyahısı

Almaniyada saxta sənəd düzəltməklə mühacir alveri etməkdə ittiham olunaraq saxlanılan azərbaycanlıların adları dəqiqləşdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Almaniyada yaşayan siyasi fəal Həbib Müntəzir yekun siyahını yayımlayıb.

Saxlanılanların adlarını təqdim edirik:

1) Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2) İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3) Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4) Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5) Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri

6) Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan “Neuwied” adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü

7) Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir

Saxlanıların hər biri barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu işlə bağlı 60-a yaxın şübhəli var. Araşdırma davam edir.

Qeyd edək ki, Əlövsət Əliyev sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının qardaşıdır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …