Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / “Muğan” bağında cinayət törədən şəxs məhkəmə zalında həbs edildi

“Muğan” bağında cinayət törədən şəxs məhkəmə zalında həbs edildi

Quldurluq edən şəxs məhkəmə zalında həbs edilib.

Mudavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ayaz Babayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub və o, 3 il 6 ay müddətinə azdlıqdn məhrum edilib.

Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və A.Babayev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, ittihamda yazılır ki, A.Babayev qarşı quldurluq edib. Belə ki, o, ötən il Nəsimi rayon ərazisində yerləşən “Muğan” bağında Xəyyam Qiyasbəylinin yanında əyləşib onunla söhbət edib. Bu zaman X.Qiyasbəyliyə zəng gəlib, lakin o, telefonun kodunu aça bilməyib və onu A.Babayevə verib. A.Babayev də telefonu əlinə alıb, oradan uzaqlaşmaq istəyib. X.Qiyasbəyli isə onun pencəyindən tutub. A.Babayev onu yumruq təpiklə vurub, hadisə yerindən uzaqlaşıb. Babayev polis əməkdaşları tərəfindən həbs edilib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …