Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı – Video

Müğənnilərin ödədikləri verginin həcmi açıqlandı – Video

Şou-biznes nümayəndələrinin dekabr ayında ödədikləri verginin həcmi əvvəlki 11 ayla müqayisədə 2 dəfə çox olub. Bu barədə Vergilər nazirinin müavini Sahib Ələkbərovməlumat verib. O, vergi borcları və könüllü ödənişlərin həcmindən  də danışıb.
Şou bines nümayəndələrinin vergiyə cəlb olunmasına nəzarətin güclənmədirilməsi öz bəhrəsini verib. Əvvəlki dövrlərlə müqayisədə ödənişlərdə əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Vergilər nazirinin müavini dərman idxalının əlavə dəyər vergisindən azad olunması ilə bağlı aparılan müzakirələrə də münasibət bildirdi.
Sahib Ələkbərov qeyd etdi ki, yanvarın 1-ə Azərbaycanda vergi  borclarının məbləği 2,4 milyard manat olub ki, bu borcun da yarısı dövlət sektorunun payına düşür.
Yeri gəlmişkən, “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” adlı 5-ci Vergi Forumu keçirilib.  Forumda bildirildi ki, ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 70%-dən çoxdur. Regionlar üzrə vergi daxilolmaları son 5 ildə təxminən 2 dəfə artıb, paytaxtdan kənar şəhər və rayonlar üzrə dövlət büdcəsinə 622 milyon manat vəsait cəlb edilib.(Xəzər xəbər)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın