Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Kriminal / Müğənninin qətli videosu kimi yayılan görüntü ilə bağlı AÇIQLAMA

Müğənninin qətli videosu kimi yayılan görüntü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb.

DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov açıqlamasında bildirib ki, görüntülər DİN tərəfindən araşdırılıb:

“Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub”. Qafqazinfo

Həmçinin oxuyun

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanılıb – VİDEO

Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə …