Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib

Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edilib

Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Əliyev Alı İsrayıl oğlunun vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

“Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – məlumatda qeyd edilib.

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …