Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Kriminal / Mübariz Mənsimovun xanım meneceri də saxlanıldı – Şok detallar

Mübariz Mənsimovun xanım meneceri də saxlanıldı – Şok detallar

Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.

Mia.azTürkiyə mediasına istuinadla xəbər verir ki, o da FETÖ ilə əlaqədə ittiham olunub. 

İddia olunur ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu müəyyən edilib.

Onun FETÖ-nün Rusiya imamı olan və haqqında həbs qərarı çıxarılan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsi olduğu, Vuralın Mənsimovun şirkətinə mütəmadi olaraq gəldiyi, Vuralın şirkətə gəlməsi ilə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə etməsi bəlli olub. Həmçinin, Mənsimov və Ahmet Hamdi Vuralın birlikdə səyahətlər etdiyi də üzə çıxıb.

Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.

İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib. 

Həmçinin oxuyun

Baş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib

Baş Prokurorluq məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində və …