Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Kriminal / MÜƏMMA: İcra başçısı işçisini həbsdən xilas etdi – Elşən Salahovu qorxudan nədir?

MÜƏMMA: İcra başçısı işçisini həbsdən xilas etdi – Elşən Salahovu qorxudan nədir?

Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı həbs edilən qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalovun qısa müddət sonra azadlığa buraxılması ilə bağlı müəmma davam edir.

HİT.Az xatırladır ki, əməliyyat bu ilin mart ayında Baş Prokuroluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən keçirilib. Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.

Aprelin sonlarında məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.

Yeni məlumatlarda iddia olunur ki, keçmiş şöbə müdirinin azadlığa buraxılmasında yerli hakimiyyətin, daha dəqiq desək, Xəzər rayonunun icra başçısı Elşən Salahovun böyük rolu olub. Bu da səbəbsiz deyil. Çünki Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin “ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.

Onun ifadələri əsasında Xəzər Rayon İcra Hakimiyətinin rəhbərliyi də dindirilib. İddia olunur ki, Tural Zeynalov törətdiyi qanunsuz əməllərin özfəaliyyət olmadığını bildirib. Ən əsası o, “Türkan bulvarı” ərazisinə dair Xəzər Rayon İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Nəticədə xeyli sayda vətəndaşın torpaq sahəsi saxta sənədlər əsasında başqalarına satılıb. Bununla bağlı mediada Türkan qəsəbəsinin sakinləri Əzizəxanım Atayeva və Xumara Şabanovanın açıqlamaları yer alıb. Onlara məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla ələ keçirilməsi faktına görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi də başlanıb.

Beləliklə, Tural Zeynalovun həbsi daha bir neçə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması ilə nəticələnə bilərdi. Bu baxımdan, Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin onun azadlığa buraxılması üçün hərəkətə keçməsi barədə iddiaların əsassız olmadığına dair şübhələr artır.

Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Prezident İlham Əliyevin 5 fevral 2019-ci il tarixli sərəncamı əsasında bu vəzifəyə təyin olunub. Bundan əvvəl həmin qurumda birinci müavin vəzifəsində çalışıb. Elşən Salahovun icra başçısı təyin olunması hakimiyyətin islahatlara və korrupsiyaya qarşı mübarizəyə start verdiyi dövrə təsadüf edir.

Həmçinin oxuyun

“Nərmini orada övladım kimi saxlamışam, öpüb sevgimi göstərmişəm”

Ötən il yanvarın 6-da Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı …