Şənbə , Avqust 20 2022
Ana səhifə / Kriminal / Müəllim valideynlərdən xəbərsiz uşağı məktəbə yazdırdı – Cinayət işi açıldı

Müəllim valideynlərdən xəbərsiz uşağı məktəbə yazdırdı – Cinayət işi açıldı

Siyəzən şəhəri 2 №-li tam orta məktəbin ibtidai sinif müəllimi tərəfindən 2020-ci ildə rayon sakini 2014-cü il təvəllüdlü Yusif Ağayevin sənədlərinin 4 №-li uşaq bağçasından götürülərək, Təhsil Nazirliyinin müvafiq informasiya elektron portalına daxil edilməsi və nəticədə 2 №-li tam orta məktəbin 1-ci sinifinə qəbul etdirilməsi, 2021-ci ildə isə şagirdin tədris prosesində iştirakı olmadan növbəti 2-ci sinifə keçirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Siyəzən rayon prokurorluğundan verilən məlumatda bildirilib. Qeyd edilib ki, araşdırma zamanı valideynlərin bu barədə Yusif Ağayevin 1-ci sinifə qəbul olunması üçün digər tədris müəssisəsinə müraciət edərkən xəbər tutmaları və bu səbəbdən də azyaşlının təhsil alması üçün müraciət etdiyi Siyəzən şəhəri, 3 nömrəli tam orta məktəbdə 1-ci sinifə buraxılmaması müəyyən edilib. Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Həmçinin oxuyun

Həbs edilən şirkət rəhbəri 9 gün sonra azadlığa buraxıldı

“Mega City Holding” MMC şirkətinin həmtəsisçisi Fariz Nuriyevin məhkəməsi keçirilib. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində …